Müəllif hüququ şikayəti
Versiya 2026-08-17 · son yenilənmə 17 avq 2026
Sizə məxsus şəkil və ya mətn Bronix-də icazəsiz yerləşdirilibsə, onu çıxarırıq. Aşağıdakı məlumatı destek@bronix.az ünvanına göndərin.
Müraciətdə nə olmalıdır
- Şikayət olunan materialın saytdakı dəqiq ünvanı (link).
- Hüququn sizə məxsus olduğunu göstərən məlumat: orijinalın yerləşdiyi link, çəkiliş faylı və ya müqavilə.
- Əlaqə məlumatınız: ad, e-poçt.
- Materialın sizin icazəniz olmadan yerləşdirildiyinə dair bəyanınız.
Nə edirik
- Müraciəti aldığımızı bildiririk.
- Material açıq şəkildə köçürülübsə, yoxlama müddətinə onu gizlədirik. Gizlətmək silmək deyil: səhv şikayət halında geri qaytarıla bilər.
- Yerləşdirən istifadəçiyə səbəbi bildirir və cavab üçün imkan veririk.
- Yekun qərarı hər iki tərəfə yazırıq.
Əks müraciət
Materialınız səhvən çıxarılıbsa, hüququnuzu göstərən sənədlə eyni ünvana yazın. Sənəd kifayət edərsə, material bərpa olunur.
Saytdakı üçüncü tərəf şəkilləri
Məkan və bölgə səhifələrindəki bəzi şəkillər açıq lisenziyalı mənbələrdən (məsələn Wikimedia Commons) götürülüb. Lisenziyanın tələb etdiyi müəllif adları Foto mənbələri səhifəsində verilir. Xəritə məlumatı OpenStreetMap-dəndir və xəritənin üzərində göstərilir.
Təkrarlanan pozuntu
Başqasının materialını təkrar-təkrar yerləşdirən hesab dayandırılır.